Ceyson Li

Ceyson Li
Doğum tarixi 25 aprel 1970(1970-04-25)[1] (54 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti televiziya aktyoru, kino aktyoru, aktyor, sahibkar, komediyaçı, səsləndirmə aktyoru[d], ssenarist, film prodüseri, iş adamı, televiziya prodüseri[d], xarakter aktyoru[d]
Fəaliyyət illəri 1988-ci ildən
IMDb ID0005134
jasonleefilm.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyson Maykl Li (ing. Jason Michael Lee; 25 aprel 1970[1], Orinc[d], Kaliforniya) — amerikalı aktyor, filmmeyker, fotoqraf və keçmiş peşəkar skeytbordçu. O, komediya serialı "Mənim adım Erldir"dəki ifasına görə məşhurlaşıb. Bu serialdakı performansına görə o, 2005 və 2006-cı ildə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ceyson həmçinin "Elvin və burunduklar" film seriyasında Deyv roluna görə tanınır.

Keçmiş peşəkar skeytbordçu olan Ceyson Li 1992-ci ildə həmkarı skeytbordçu Chris "Dune" Pastras ilə birlikdə "Stereo Skateboards" şirkətini təsis etmişdir.[2] Şirkət yarandığı ildən bəri skeyt avadanlıqları və geyimlərinin istehsalı və paylanması ilə məşğuldur. Şirkət məhsullarına əlavə olaraq skeyt videoları da çəkir.

  1. 1 2 Jason Lee // GeneaStar.
  2. "Stereo". Kingpin Magazine (ingilis). 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy